• $
  • £

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır
20.03.2026 00:06

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Novruz — yeni günün başlanğıcı, təbiətin oyanışı və baharın gəlişini təmsil edən ən qədim milli bayramımızdır.Mənası fars dilindən tərcümədə "Yeni gün" deməkdir. 

Bayramdan əvvəlki dörd çərşənbə təbiətin dörd ünsürünü simvolizə edir: Su, Od, Yel (Külək) və Torpaq.Bayram süfrəsinin bəzəyi Səmənidir. Süfrədə adları "s" hərfi ilə başlayan 7 növ nemət və milli şirniyyatlar (şəkərbura, paxlava, şorqoğalı) olur.Şəkərbura ayın, paxlava ulduzun, qoğal isə günəşin rəmzi hesab olunur.

Tonqal qalanması və üzərindən tullanmaq, papaqatdı, qulaq falı, yumurta döyüşdürmək və Kosa ilə Keçəlin məzhəkəli oyunları Novruzun ayrılmaz hissəsidir.

Bu bayram həm də küsülülərin barışması, insanların bir-birinə qonaq getməsi və yardımlaşması ilə birliyi təmsil edir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və BMT tərəfindən 21 mart "Beynəlxalq Novruz Günü" kimi tanınır. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Aminin meyiti tapılıb
Cəmiyyət 10:22
Aminin meyiti tapılıb
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Cəmiyyət 09:55
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol