Azərbaycanda Ramazan bayramıdır
Bu gün- 20 mart Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunur.
Bu il Ramazan ayı fevralın 19-da başlayıb.
Bayram namazı Bakı məscidlərində saat 08:00 və 09:00 radələrində qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, bu il fitrə zəkatının adambaşına 10-15 manat dəyərində verilməsi tövsiyə olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Ramazan bayramı və Novruz bayramının üst-üstə düşməsi ilə əlaqədar Azərbaycanda 20 martdan 30 marta qədər (martın 30-u daxil olmaqla) 11 günlük qeyri-iş günüdür.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində rəsmi şəkildə qeyd edilir.
Son xəbərlər
Daha çox