İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident Əliyev və Baş nazir Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.