• $
  • £

AZAL təyyarəsi ilə bağlı istintaq yaxın vaxtlarda yekunlaşacaq

AZAL təyyarəsi ilə bağlı istintaq yaxın vaxtlarda yekunlaşacaq
20.03.2026 13:46

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan istintaqın gedişatı barədə danışıb.Bu barədə “Orda.kz” portalı xəbər verir.

Hökumət rəsmisi yaxın vaxtlarda istintaqın texniki aspektlərinin yekunlaşdırılacağını bildirib:

“Artıq bütün zəruri texniki məlumatlar toplanıb, təyyarə və avadanlıq istehsalçılarından ekspert rəyləri alınıb. Həmçinin GPS izləyiciləri və naviqasiya sistemlərindən əldə olunan göstəricilərin təhlili başa çatdırılıb. Hadisənin araşdırılmasında Qazaxıstan, Azərbaycan, “Embraer” şirkəti və müvafiq beynəlxalq agentliklərin nümayəndələrindən ibarət genişmiqyaslı beynəlxalq komissiya iştirak edir. İstintaqın hüquqi tərəfləri hazırda Rusiya tərəfinin atacağı addımlardan asılıdır”.

25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə ümumilikdə 67 nəfər olub ki, qəza nəticəsində onlardan 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Aminin meyiti tapılıb
Cəmiyyət 10:22
Aminin meyiti tapılıb
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Cəmiyyət 09:55
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol