• $
  • £

Tibb ixtisasını bitirən çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Tibb ixtisasını bitirən çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək
20.03.2026 14:55

Tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.

Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.

Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.

Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan yaradacaq.

Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Aminin meyiti tapılıb
Cəmiyyət 10:22
Aminin meyiti tapılıb
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Cəmiyyət 09:55
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol