• $
  • £

Planetin “ağciyərləri” təhlükə altındadır - beynəxalq meşələr günü...

Planetin “ağciyərləri” təhlükə altındadır - beynəxalq meşələr günü...
21.03.2026 10:10

Bu gün dünyada Beynəlxalq Meşələr Günü qeyd olunur. Günün təsis olunması ideyası 1971-ci ildə irəli sürülüb, daha sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2012-ci ildə rəsmən təsdiqlənib.

Bu il Beynəlxalq Meşələr Günü “Meşələr və iqtisadiyyatlar” mövzusu ilə keçirilir və əsas məqsəd meşələrin qorunmasının vacibliyinə diqqət çəkməkdir.

Statistikaya görə, son 10 min ildə dünyada təxminən 26 milyon kvadrat kilometr meşə sahəsi məhv edilib. Hazırda Yer kürəsində meşələr quru sahəsinin təxminən üçdə birini təşkil edir. Buna baxmayaraq, hər saniyə 1,5 hektardan çox meşə sahəsi itirilir.

Meşələr yalnız ekoloji deyil, həm də sosial və iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Dünyada 5 milyarddan çox insan qida, dərman və dolanışıq üçün meşələrdən asılıdır, 1,6 milyard insan isə gündəlik həyatını birbaşa meşə resursları hesabına təmin edir.

Azərbaycanda isə meşə fondu ümumi ərazinin 14 faizini təşkil edir. Meşələrin böyük hissəsi Böyük və Kiçik Qafqaz dağları ilə Talış zonasında yerləşir və iqlim dəyişikliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Mütəxəssislər bildirir ki, meşələrin qırılması, yanğınlar və qanunsuz istifadə qlobal miqyasda ciddi ekoloji təhlükə yaradır. Bu səbəbdən də beynəlxalq təşkilatlar və dövlətlər meşələrin qorunması üçün birgə tədbirlərin gücləndirilməsinə çağırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Aminin meyiti tapılıb
Cəmiyyət 10:22
Aminin meyiti tapılıb
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Cəmiyyət 09:55
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
Cəmiyyət 23:51
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
Sarayda zəncirvari qəza olub
Cəmiyyət 22:53
Sarayda zəncirvari qəza olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol