İran Hind Okeanında ABŞ-Britaniya hərbi bazasına raket atıb
İran Hind Okeanında yerləşən Dieqo-Qarsiya adası yaxınlığındakı birgə ABŞ-Britaniya hərbi bazası istiqamətinə iki ballistik raket buraxıb, lakin raketlər hədəflərə çatmayıb.
Trend-in məlumatına görə, ABŞ hərbçiləri onlardan birini dayandırmaq üçün SM-3 tipli raketdən istifadə edib, lakin bu raketin hədəfi məhv edib-etmədiyi hələ dəqiqləşməyib.
Mənbələr bildirir ki, bu cəhd İranın raket proqramının rəsmi açıqlamalardan daha geniş imkanlara malik olduğunu göstərir. Bazanın İrandan təxminən 4 000 kilometr məsafədə yerləşdiyi vurğulanır.
Dieqo-Qarsiya adası ABŞ hərbi qüvvələri üçün strateji mərkəz sayılır və burada uzaqmənzilli bombardmançı təyyarələr, sualtı qayıqlar və idarə olunan raketlərlə təchiz olunmuş esmineslər mövcuddur. Hücum cəhdi bazanın əhəmiyyətini və İranın uzaq məsafədə yerləşən ABŞ hərbi obyektlərini hədəfə almağa hazır olduğunu göstərir.
Son xəbərlər
Daha çox