Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
Ölkənin bəzi rayonlarında görünüş məsafəsi məhdudlaşıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Bildirilib ki, Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.