İran ABŞ-ı “qalib” iddialarında tənqid edib
ABŞ “qalib gəldiyini” iddia etsə də, reallıq bunun əksini göstərir. Bunu İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi bildirib.
O qeyd edib ki, İran hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi iddia olunsa da, əksinə, F-35 təyyarələri vurulur; ABŞ donanması ilə bağlı açıqlamalar real vəziyyətlə uyğun gəlmir.
Əraqçi Hörmüz boğazına toxunaraq bildirib ki, bu ərazi beynəlxalq gəmiçilik üçün açıqdır, lakin yalnız İranın düşmənləri və onların müttəfiqlərinə məxsus gəmilər üçün bağlıdır.