Azərbaycanda xalça istehsalı bu ilin əvvəlində 80% artıb
Bu ilin yanvar-fevralında Azərbaycanda 0,9 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib, məlumatı Dövlət Statistika Komitəsi verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 % çoxdur.
Martın 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyatı mövcud olub.
2025-ci ildə Azərbaycanda ümumilikdə 3,6 min kvadratmetr xalça və xalça məmulatı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % artım deməkdir.