• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq

Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
21.03.2026 16:22

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-a qədər paytaxtda cari təmir işləri həyata keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunan işlərin bayram günlərində nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılır. Təmirlə əlaqədar hərəkət dayandırılmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Agentlik təmir işlərini ümumilikdə 42 ünvanda aparacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

Heydər Əliyev prospekti ("Ramstore" körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)

8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)

Ziya Bünyadov prospekti ("20 Yanvar" metrostansiyasından "Koroğlu" qovşağınadək)

Babək prospekti ("Ramstore" körpüsündən Lütfi Zadə küçəsinədək)

İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)

Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən "20 Yanvar" metrostansiyasınadək)

Nəriman Nərimanov prospekti

Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)

Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)

Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)

İzmir küçəsi

Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)

Fətəli xan Xoyski küçəsi ("Gənclik" metrostansiyasından Əliyar Əliyev küçəsinədək)

Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)

Salyan şosesi ("Bibiheybət" məscidindən Bakı kənar dairəvi yolunadək)

Bakı Dairəvi I avtomobil yolu

Zığ şosesi (beton yol)

Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)

Yusif Səfərov küçəsi

Üzeyir Hacıbəyli küçəsi

Zərifə Əliyeva küçəsi

Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)

Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)

Vaqif küçəsi ("Gənclik" metrostansiyasından Səməd Vurğun küçəsinədək)

Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)

Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)

Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

Bibiheybət şosesi

Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)

Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi

Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi

Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi

Binə qəsəbəsi, Hicran Hasilov küçəsi

Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə

Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol

Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi

Novxanı–Pirşağı yolu

Xırdalan dairəsi–Binəqədi yolu

Balaxanı–Binəqədi yolu

Binəqədi–Novxanı yolu

Lökbatan–Güzdək yolu (1–9-cu km)

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Cəmiyyət 16:22
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:42
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:07
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib
Martın 20-də Bakıdan bölgələrə 13 703 sərnişin daşınıb
Cəmiyyət 13:55
Martın 20-də Bakıdan bölgələrə 13 703 sərnişin daşınıb
Azərbaycanda xalça istehsalı bu ilin əvvəlində 80% artıb
Cəmiyyət 13:37
Azərbaycanda xalça istehsalı bu ilin əvvəlində 80% artıb
Polis paytaxt və bölgələrdə qanunsuz silah-sursat aşkarlayıb
Cəmiyyət 13:17
Polis paytaxt və bölgələrdə qanunsuz silah-sursat aşkarlayıb
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
Cəmiyyət 12:34
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
Sabah bəzi bölgələrə yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:31
Sabah bəzi bölgələrə yağış yağacaq - Proqnoz
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Cəmiyyət 12:07
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol