Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 24,5 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Təkcə fevralda isə 14,4 min ton məhsul istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 19 % çoxdur.
Bu il martın 1-nə, ölkədə 10,4 min ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 170 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 12,4 % çoxdur.
Son xəbərlər
Daha çox