Moskvada binada yanğın olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Moskvanın mərkəzindəki yaşayış binasında yanğın baş verib.
Moskvanın Nikoloyamskaya küçəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, yanğının ilkin səbəbi odla ehtiyatsız davranma olub.
Hüquq-mühafizə orqanlarındakı mənbə yanğının mənzildə siqaret çəkmə səbəbindən başladığını bildirib.
Məlum olub ki, sirk artisti Yevgeni Çernov evdə stulda oturarkən siqaret çəkib və yuxuya gedib.
Son xəbərlər
Daha çox