• $
  • £

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır
23.03.2026 19:15

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlanır.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.

“Ermənistan–ABŞ arasında TRIPP layihəsi üzrə danışıqlar dayanmadan davam edir və təbii axarında gedir. İlk addım avqust ayında layihənin elan edilməsi oldu. İkinci addım isə 14 yanvarda geniş miqyaslı razılaşmanın əldə edilməsi, çap olunması və icrası prosesidir. Növbəti addım hökumətlərarası sazişin imzalanması olacaq ki, orada hüquqi mexanizmlər nəzərdə tutulacaq. Hazırda sənəd üzərində işlər gedir”, - nazir deyib.

İranın mövqeyinə toxunan nazir bildirib ki, Ermənistan tərəfinin onlara məlumat verdiyini və heç bir narahatlığın olmadığını bu ölkənin rəsmiləri də vurğulayıb.

“Biz yalnız nəqliyyat layihəsindən danışıqlar aparırıq. Bu layihə Ermənistan, Azərbaycan və bütün qonşu ölkələr, o cümlədən İran üçün iqtisadi imkanlar yaradacaq”, – Mirzoyan əlavə edib.

O, həmçinin qeyd edib ki, ABŞ Ermənistan tərəfinin razılığı olmadan TRIPP layihəsində öz hissəsini sata bilməz.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ermənistanda zəlzələ olub
Dünya 18:55
Ermənistanda zəlzələ olub
KİV: Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib
Dünya 18:23
KİV: Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib

Livan İran səfirini ölkədən çıxarır
Dünya 18:13
Livan İran səfirini ölkədən çıxarır
Simonyan: Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur
Dünya 17:35
Simonyan: Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur

Lukaşenko Şimali Koreyaya səfər edəcək
Dünya 17:15
Lukaşenko Şimali Koreyaya səfər edəcək
İsrail ordusu İranda istehsal obyektlərinə zərbə endirib
Dünya 16:13
İsrail ordusu İranda istehsal obyektlərinə zərbə endirib
SEPAH Livan və Qəzzadakı İsrail qoşunlarını raket hücumu ilə hədələyib
Dünya 15:54
SEPAH Livan və Qəzzadakı İsrail qoşunlarını raket hücumu ilə hədələyib

KİV: İranın enerji infrastrukturu obyektləri zərbələrə məruz qalıb
Dünya 15:39
KİV: İranın enerji infrastrukturu obyektləri zərbələrə məruz qalıb
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Dünya 14:00
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol