Şəmkirdə yük və minik maşını toqquşdu- Xəsarət alan va
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Qazel "markalı yük avtomobili ilə "Mercedes "markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük maşını yolun hərəkət hissəsinə aşıb, "Mercedes" isə yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.