• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Azərbaycanlı milyonerin pulu geri qaytarıldı

Azərbaycanlı milyonerin pulu geri qaytarıldı
10.12.2013 12:46
Polis Hacı İbrahim Nehrəmlinin pulunu qaytarıb.Oxu.Az xəbər verir ki, bu barədə məşhur iş adamı dünən günün sonunda  “Yeni Müsavat”a açıqlamasında deyib. İş adamı bildirib ki, bu məsələ mətbuat vasitəsilə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi olayla yaxından maraqlanıb: “Nazirlikdən yüksək vəzifəli şəxslər Nərimanov rayon polisinə gəlib, prosesi nəzarətə götürüb. Nəticədə oğurlanan 135 min manatın 105 mini geri qaytarılıb. Bu gün (dünən-red.) polislərin iştirakı ilə ofisimizdə akt tərtib olundu, pul kassaya geri qaytarıldı. O pullar işçilərin maaşı idi”. Xatırladaq ki, dekabrın 7-də məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserninin ofisindən oğurluq olub. Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adıyla mühasibin boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar. Hadisədən dərhal sonra polis oğurluqda iştirak edənləri saxlayıb.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Cəmiyyət 22:10
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
Cəmiyyət 20:03
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 18:18
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol