Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı uzadılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
“Sənəd qəbulu aprelin ilk ongünlüyündə də davam edəcək. Hazırda kvotanın 8 faizi boşdur, 92 faizi dolub”, - V. Cahangiri bildirib.
Daha əvvəl də Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılmışdı və son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.