• $
  • £

Respublikanın əksər çaylarında sululuq artıb

Respublikanın əksər çaylarında sululuq artıb
28.03.2026 14:15

Mart ayının 27-dən 28-i səhər saatlarınadək Azərbaycan ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti xəbər verir.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.

Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2–61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba–Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.

Qarabağ və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda suyun səviyyəsi 2–78 sm artıb, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb.

Eyni zamanda, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran–Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4–19 sm artıb.

Məlumata görə, mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol