Mirzoyan və Əraqçi Yaxın Şərqdə gərginliyin nizamlanmasının yollarını müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın XİN başçısı Seyyid Abbas Əraqçi telefon danışığı aparıblar.Bu barədə Ermənistanın xarici siyasət idarəsi xəbər verib.
Tərəflər Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıb, həmçinin vəziyyətin nizamlanmasının mümkün yollarını müzakirə ediblər.
Bundan əlavə, nazirlər bir sıra humanitar məsələlərə və çoxtərəfli gündəlikdə olan mövzulara toxunublar.