Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.
"Report"un məlumatına görə, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər Lənkəran sakini xəsarət alıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.