Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "HOWO" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.