İshaq Dar sabah Çinə səfər edəcək
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar martın 31-də Çinə səfər edəcək.Bu barədə Pakistan Xarici İşlər Nazirliyi xəbər verir.
Səfər Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.
Məlumata görə, səfər çərçivəsində tərəflər regional vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran ikitərəfli və qlobal məsələləri müzakirə edəcəklər.
Son xəbərlər
Daha çox