İran ordusu Türkiyəyə raket hücumu edib
İrandan atıldığı müəyyən edilən ballistik raket Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində NATO-nun hava və raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, raket Türkiyə hava məkanına daxil olduqdan sonra bölgədə yerləşdirilmiş NATO qüvvələri tərəfindən məhv edilib.
Məlumatda qeyd olunub ki, Türkiyənin ərazisi və hava məkanına yönələn istənilən təhdidə qarşı tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, regiondakı vəziyyət isə diqqətlə izlənilir.
Son xəbərlər
Daha çox