Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1961-ci il təvəllüdlü qadının 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılığa məruz qalması ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ötən ilin iyul ayında baş verib. Araşdırma zamanı hadisə yerinə baxış keçirilib, iş üzrə əhəmiyyətli sübutlar toplanıb, zəruri şəxslərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub.
Toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi (zorlama) ilə cinayət işi açılıb. Hazırda ibtidai istintaq davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Son xəbərlər
Daha çox