Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Böyük Britaniya Yaxın Şərqdə müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə regiona əlavə hərbi qüvvə və hava hücumundan müdafiə vasitələri göndərəcək.Bu barədə ölkənin müdafiə naziri Con Hili bildirib.
Nazirin sözlərinə görə, tədbirlər çərçivəsində Səudiyyə Ərəbistanında “Sky Sabre” HHM sistemi yerləşdiriləcək, Qətərdə isə “Typhoon” qırıcılarının missiyası uzadılacaq.
Bundan əlavə, Bəhreyn və Küveytə əlavə bölmələr və hava hücumundan müdafiə sistemləri göndərilib.
Hili qeyd edib ki, Böyük Britaniyanın “ən yaxşı qüvvələri” Fars körfəzi regionunda tərəfdaşların müdafiəsinə cəlb olunacaq.
Son xəbərlər
Daha çox