Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki,aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
Daha çox