Martın 31-də ölkə üzrə polis əməliyyatlarının statistik göstəriciləri açıqlanıb
Martın 31-də ölkə ərazisində 45 cinayət, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Axtarışda olan ümumilikdə 233 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, onlardan 208 nəfəri borclu şəxs qismində axtarışda imiş.
Eyni zamanda, narkotiklərlə bağlı 20, qanunsuz silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 24 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Gülnar Nazimqızı