Mehdiabadda 3 saylı məktəbin fəaliyyəti dayandırılıb
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin binasında aparılan texniki baxış zamanı divarlarda çatlar aşkar edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizliyin təmin olunması və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə 1 aprel 2026-cı il tarixindən məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilir.
Aytac