Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Hadisə zamanı zəhərlənənlər – 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Məhəmməd Kamil oğlu, 2019-cu il təvəllüdlü Cəbrayılov Həmzə Kamil oğlu, 2021-ci il təvəllüdlü Cəbrayılova Ayişə Kamil qızı və 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət Kamil qızı – yaşadıqları evin hamam otağında zəhərləniblər.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.