"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
2026-cı ilin yanvar-martında "Bakı Fond Birjası" (BFB) əqdlərin ümumi dəyəri 11 milyard 853,771 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 % azdır. Bu barədə fonddan bildirilib.
Son 1 ildə Birjada bağlanmış əqdlərin sayı isə 20,3 % azalaraq 5 934 olub.
BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.
Aytac
Son xəbərlər
Daha çox