Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Şəhər şosesində (Zabrat-Maştağa yolu) aparılan təmir işləri ilə əlaqədar bir neçə marşrut xəttində ləngimələr yarana bilər.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 40, 55, 54, 105, 107, 107A, 131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B və M8 nömrəli marşrutların hərəkətində gecikmələr mümkündür.
Qurum sərnişinlərdən səfərlərini planlaşdırarkən bu məqamı nəzərə almalarını xahiş edib.