Yol polisi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanın bəzi bölgələrində, o cümlədən paytaxtda müşahidə olunan dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, duman yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və yol-nəqliyyat hadisələrinin riskini artırır.
BDYPİ sürücülərə hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin sazlığını yoxlamağı, sürəti mövcud şəraitə uyğun seçməyi və qəfil manevrlərdən, eləcə də ötmələrdən çəkinməyi tövsiyə edib.
“Ara məsafəsini qoruyun. Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin”, – məlumatda deyilir.
Qurum piyadalara da müraciət edərək, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməyə və qəfil hərəkət hissəsinə çıxmamağa çağırıb.
BDYPİ qeyd edib ki, məhdud görünüş şəraitində diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər və yol hərəkəti qaydalarına ciddi riayət olunması həyati əhəmiyyət daşıyır.
Son xəbərlər
Daha çox