Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişəlməsi səbəbilə 26 müraciət daxil olub.Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub.Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılması üçün müvafiq qurumlara müraciət edilib.Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq.