Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının sədri Serj Sarqsyan qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini təsdiqləyib.
Sarqsyan bu barədə partiyanın 18-ci qurultayı ərəfəsində bildirib.
O, müxalifət qüvvələrindən hansını – Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu məsələ ilə bağlı qərar qurultayda açıqlanacaq.
Sarqsyan əlavə edib ki, Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.