• $ 1.7
  • € 2.0096
  • ₽ 0.022138
  • ₺ 0.0388
  • £ 2.2983

Yaxın günlərdə paytaxta daha 60 qəzet köşkü gətiriləcək

Yaxın günlərdə paytaxta daha 60 qəzet köşkü gətiriləcək
09.12.2013 19:14

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda çıxış edən Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dekabrın 2-də keçirilən birinci iclasdan sonra komissiya üzvləri paytaxtın Xətai, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Səbail, Yasamal, Nizami və digər rayonlarında, müxtəlif kənd və qəsəbələrdə qəzet köşklərinin dislokasiya vəziyyəti araşdırılıb.

 

Komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən rayonların demək olar, hamısında yeni köşklərə ehtiyac var. Elə yerlər də var ki, orada qəzet satışı ya zəifdir, ya ta tamamilə yoxdur. “Qasid” firmasının köşklərinin əksəriyyətində isə qəzet satışı ümumiyyətlə həyata keçirilmir.

 

Paytaxtdakı yeni köşklərdə satışı həyata keçirən «Əks-səda» firmasının rəhbəri Vüqar Həsənlinin də qatıldığı iclasda eyni zamanda sözügedən qurumun yayım şəbəkəsini genişləndirməklə bağlı təkliflərinə nəzər salınıb. V.Həsənli təmsil olunduğu firmanın yaxın günlərdə paytaxta daha 60 qəzet köşkü gətirəcəyi barədə məlumat verib və bildirib ki, onların yerləşdirilməsi prosesində MŞ-nin komissiyasının rəyi nəzərə alınacaq.

 

İclasda şəhərin bir çox ərazisində qəzetlərin satışı ilə bağlı yaranmış problemin tədricən qaydasına düşdüyü qeyd edilsə də, ümumən vəziyyətin düzəlməsində Bakı metropoliteninin stansiyalarında satış işinin bərpasının vacib məqam olduğu vurğulanıb və komissiyanın mövcud istiqamətdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığı önə çəkilib.

 

Toplantıda o da diqqətə çatdırılıb ki, bir çox qəzet köşklərinin stendlərində daha çox adı MŞ-nin peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün tərtib etdiyi “qara siyahı”da yer alan nəşrlərə rast gəlinir. Buna görə və ümumən satış işində səmərəliliyi artırmaq məqsədilə qəzet satıcıları ilə müvafiq işin aparılmasının zəruriliyi də əsaslandırılıb, komissiyanın məsələni diqqətdə saxlaması məqbul qiymətləndirilib.

 

Komissiya bu günlərdə qəzet satışı ilə bağlı vəziyyətə dair yekun hesabatını MŞ-nin İdarə Heyətinə təqdim edəcək. İdarə Heyətinin müzakirəsindən sonra təkliflər qruplaşdırılaraq ölkə rəhbərliyinə təqdim olunacaq. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR və Britaniyanın Wood şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat 16:29
SOCAR və Britaniyanın Wood şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib
Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
İqtisadiyyat 16:23
Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!
İqtisadiyyat 14:45
Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!

Pakistanda polis avtomobilinə hücum olub -Ölənlər var
İqtisadiyyat 14:21
Pakistanda polis avtomobilinə hücum olub -Ölənlər var

Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib
İqtisadiyyat 13:44
Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib
Mingəçevirdə 153 milyon manatlıq tekstil klasterinin təməli qoyulacaq
İqtisadiyyat 11:37
Mingəçevirdə 153 milyon manatlıq tekstil klasterinin təməli qoyulacaq
Naxçıvan Sənaye Parkında ilk rezident 2026-cı ildə qeydiyyatdan keçəcək
İqtisadiyyat 11:26
Naxçıvan Sənaye Parkında ilk rezident 2026-cı ildə qeydiyyatdan keçəcək
Yevlax Pilot Aqroparkda qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı açıqlanıb
İqtisadiyyat 11:19
Yevlax Pilot Aqroparkda qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol