Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir.
Mərkəzdən verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.
İmtahan iki növbədə keçirilir. Birinci növbə saat 10:00-da başlanıb və 3 saat davam edəcək. İkinci növbə imtahan isə 16:00-da başlanacaq.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 7 və 8 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.
Son xəbərlər
Daha çox