Hakan Fidan Suriyaya gedib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, Fidanı Dəməşq Beynəlxalq Hava Limanında suriyalı həmkarı Əsəd Hasan Şeybani qarşılayıb.
Nazirlik mənbələri bildirir ki, səfər çərçivəsində ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.
Fidanın Dəməşqdə Suriya lideri Əhməd Əl Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Son xəbərlər
Daha çox