Lavrov və Əraqçi arasında telefon danışığı olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər İran ətrafında yaranmış hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımların Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
O, vəziyyətin normallaşdırılması üçün ABŞ-ın ultimatum ritorikasından imtina etməsinin və məsələnin diplomatik müstəviyə qaytarılmasının vacibliyini vurğulayıb.
Son xəbərlər
Daha çox