19 yaşlı tələbə dəm qazından boğularaq ölüb
Gəncədə 19 yaşlı tələbə qız dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
İlkin tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.