• $
  • £

Azərbaycanın Rusiyadakı səfirliyi açıqlama yaydı

Azərbaycanın Rusiyadakı səfirliyi açıqlama yaydı
29.05.2020 05:41
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi Azərbaycan vətəndaşlarının vətəndaşlıqdan çıxması və Rusiya vətəndaşlığını qəbul etməsi ilə bağlı hüquqi vəziyyətə aydınlıq gətirib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, səfirlik bu barədə izahatla çıxış edib. Açıqlamada deyilir ki, bu proses elə getməlidir ki, gələcəkdə vətəndaşlar hüquqi mübahisələrlə üz-üzə qalmasınlar: “Təəssüf ki, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və Rusiya Federasiyası vətəndaşlığının qəbulu məsələsində vətəndaşların hüquqi münaqişələrlə üzləşməsinin şahidi oluruq. Belə ki, Rusiya qanunvericiliyi Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün bu və ya digər vətəndaşın Azərbaycanın Rusiyadakı səfirliyindən və ya baş konsulluqlarından birindən onların ünvanına göndərilən vətəndaşlıqdan çıxma barədə ərizənin notarial qaydada təsdiq olunmuş variantını əsas hesab edir. Federal Miqrasiya Xidmətinin səlahiyyətli orqanı belə ərizənin göndərilməsi barədə poçt qəbzini qəbul edərək Rusiya vətəndaşlığına qəbul proseduruna başlayır. Lakin Azərbaycan qanunvericiliyinə uyğun olaraq vətəndaşlıqdan çıxma proseduru tamamilə digər prosedurların icrasını tələb edir. Yekun qərarı isə Azərbaycan Respublikasının prezidenti imzalayır. Yalnız bundan sonra vətəndaş Azərbaycan vətəndaşlığından çıxmış hesab oluna bilər”. Səfirlik bildirib ki, Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq istədikləri halda Azərbaycanın Rusiyadakı səfirliyinə, Sankt-Peterburq və Yekaterenburqdakı baş konsulluqlarına müraciət etməlidirlər: “Vətəndaşlıqdan çıxmaq istəyən şəxslər Azərbaycan Respublikası prezidentinə ünvanlanmış ərizə anketi dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər. Rusiya tərəfi həmin vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığından çıxma prosedurunun sona çatmasını gözləmədən onu Rusiya vətəndaşlığına qəbul edir. Nəticədə Azərbaycan vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxmadan Rusiya vətəndaşlığını qəbul edir. Və bu, gələcəkdə həmin şəxsin hüquqi münaqişələrlə üz-üzə qalması kimi arzuolunmaz hallarla qarşılaşacağına zəmin yaradır. Belə hallardan qaçmaq üçün vətəndaşların seçimi hər iki ölkənin (vətəndaşlıqdan çıxmaq istədiyi və vətəndaşlığını qəbul etmək istədiyi) qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol