Azərbaycanda bərabər əməyə bərabər maaş tələbi qanunvericiliyə daxil edilir
Azərbaycanda işəgötürənlər cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
Bu müddəa Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, bərabər əməkhaqqının təmin edilməsi işəgötürənin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilir.
Sənəddə qeyd olunur ki, işin bərabər dəyərli olub-olmaması əmək şəraiti, funksiyanın xarakteri və tarif-ixtisas göstəriciləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox