• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Vəkil: “Orxan Zeynalov həbsxanada qala bilmir”

Vəkil: “Orxan Zeynalov həbsxanada qala bilmir”
29.05.2020 05:41
“Məhkəmə Orxan Zeynalovun həbsdə qalma müddətini 4 ay uzadaraq ümumilikdə 6 ay müəyyən etdi”.Bunu APA-nın Moskva müxbirinə açıqlamasında oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqir Şerbakovu öldürməkdə təsirli bilinən Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib. Onun sözlərinə görə, istintaq tərəfi həbs müddətinin uzadılması ilə bağlı vəsatətini məhkəmə-tibbi və digər ekspertizaların rəyinin hazır olmaması ilə əsaslandırıb: “Məhkəmə bizdən bununla razı olub-olmamağımızı soruşdu. Mən Orxan Zeynalovun hüquqlarının müdafiəçisi olaraq istintaq tərəfinin vəsatəti ilə razı olmadığımı bildirdim. Çünki onun bədənində ağır zədələr var və o, həbsxanada qala bilmir. Ona görə də istintaq tərəfinin vəsatətinə etirazımı bildirdim. Lakin məhkəmə etirazı qəbul etmədi və Orxan Zeynalovun həbs müddətinin gələn ilin aprel ayının 10-dək, 4 ay müddətinə uzadılması haqqında qərar qəbul etdi”. Vəkil bildirib ki, məhkəmənin həbs müddətinin uzadılması ilə bağlı qərarından apelyasiya verib-verməmək məsələsinə Azərbaycanın Rusiyadakı səfirliyi ilə məsləhətləşdikdən sonra qərar veriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib
Dünya 19:29
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib
Tramp BBC-yə qarşı beş milyard dollar məbləğində iddia qaldıracaq
Dünya 15:52
Tramp BBC-yə qarşı beş milyard dollar məbləğində iddia qaldıracaq
Estoniya Ukraynaya "Starlink" üçün 3,5 mln. avro ayırıb
Dünya 15:36
Estoniya Ukraynaya "Starlink" üçün 3,5 mln. avro ayırıb
Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
Dünya 09:15
Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb
Dünya 09:01
Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Dünya 23:09
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Tramp azad edilmiş israilli girovlarla Ağ Evdə görüşəcək
Dünya 21:09
Tramp azad edilmiş israilli girovlarla Ağ Evdə görüşəcək
ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
Dünya 20:29
ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Dünya 20:00
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol