İran ABŞ ilə bütün danışıqları dayandırıb
İran ABŞ Prezidenti Donald Trampın son təhdidləri fonunda bütün diplomatik kanalları və birbaşa olmayan danışıqları müvəqqəti dayandırıb.Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, bu qərar ABŞ tərəfdən ritorikanın kəskin sərtləşməsi və regiondakı gərginliyin artmağa davam etməsi fonunda qəbul edilib.