İran Fransa vətəndaşlarını azad edib
İran 2022-ci ildə casusluq ittihamı ilə saxlanılan iki Fransa vətəndaşını – Sesil Koler və Jak Parisi azad edib, Fransa isə bunun müqabilində Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını geri götürüb.Bu barədə İRNA məlumat yayıb.
Fransa vətəndaşları 2022-ci ilin mayında İranda saxlanılıb. İran tərəfi onları müəllimlərin maaşlarının artırılması ilə bağlı etirazlar zamanı iğtişaşları təşviq etməkdə və casusluqda şübhəli bilib.
Fransa isə onların saxlanılmasını qanunsuz hesab edərək konsulluq hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.