“Bakı Metropoliteni”: “Həzi Aslanov” dalan yolu sentyabra qədər tamamlanacaq
“Həzi Aslanov” stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq. Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.
O bildirib ki, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında aparılan tikinti işləri yekun mərhələdədir.
Onun sözlərinə görə, layihə çərçivəsində işlərin bu ilin sentyabrına qədər tamamlanması nəzərdə tutulur.
Rzayev bildirib ki, tikinti başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox