Bakı metrosunun B4 layihəsində işlər qrafiki qabaqlayır
Bakı metrosunun B4 layihəsi üzrə tikinti işləri planlaşdırılandan daha sürətli gedir və ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
“Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə bildirib ki, layihə üzrə işlər proqramdan irəlidədir və sürətlə davam edir.
Onun sözlərinə görə, tikintinin bu ilin sonuna qədər tam yekunlaşdırılması planlaşdırılır.
B4 layihəsi çərçivəsində inşa edilən “Cəlil Məmmədquluzadə” (qeyri-rəsmi ad) stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin tikilməkdə olan beşinci stansiyasıdır.
Stansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox