“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər
Nizami və 28 May metroları arasında avtobusların ödənişsiz hərəkəti ilə bağlı müzakirələr aparılır. Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
"Bu proses yalnız metropolitenin rolu ilə bağlı deyil. Aiddiyatı qurumlarla kompleks şəkildə işləyirik və avtobusların təminatı ilə bağlı yekun qərar qəbul ediləndə ictimaiyyətə əlavə məlumat veriləcək" – o qeyd edib.
Rzayev vurğulayıb ki, bütün aidiyyəti qurumlar prosesi birlikdə koordinasiya edir və nəticə barədə məlumat açıqlanacaq.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox