Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.
Ukraynalı nazir bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib,ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı sadiqliklərini bir daha təsdiqləyiblər.
Danışıqlar zamanı həmçinin qlobal gündəlikdə duran bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.