Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı ABŞ-nin İranla bağlı elan olunan atəşkəs razılşaması başda olmaqla, bölgədəki cari hadisələr müzakirə edilib.
Ərdoğan iki həftəlik atəşkəsi alqışlayaraq onun davamlı sülh üçün fürsət yaratdığını və prosesin pozulmamasının vacibliyini vurğulayıb.
O, Türkiyənin Pakistan və digər tərəfdaşlarla birlikdə diplomatik səylərə dəstəyini davam etdirəcəyini qeyd edib.