Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Sabah Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Son xəbərlər
Daha çox